Bu gün kəskin karantin rejiminə getmədən, bəzi aktivlikləri saxlayaraq yeni yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə edilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, bu gün yoluxma əmsalı 10 faizə yaxınlaşır.
“Bu yaxşı nəticədir. Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır. Müsbət dinamika mövcuddur. Bu da qaydalara əməl etməklə və aparılan tədbirlərlə əldə olunub. Ən çox yoluxma yenə də 30-59 arasında yaş qruplarında müşahidə edilir. Ölkədə ərazisində ən çox yoluxma 54 faizlə Bakı şəhərindədir. Bakının Binəqədi və Xətai rayonlarında koronavirusa yeni yoluxanların sayı hər zaman yüksək olub. Rayonlarda isə koronavirusla bağlı vəziyyət stabildir”.
















