“Real Madrid” türkiyəli Messi kimi tanınan Arda Güləri izləyir.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, kral klubu “Fənərbağça”nın 18 yaşlı yarımmüdafiəçisi ilə maraqlanır.
Türkiyəli futbolçunun hazırkı müqaviləsində 17,5 milyon avroluq sərbəst buraxılma xərci var.
Qeyd edək ki, Arda “Milan”, “Barselona”, PSJ və Premyer Liqa klublarının da diqqət mərkəzindədir.
















