• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyalı futbolçudan tarixi rekord

İDMAN

22 Iyul 2023 | 17:38

Rusiyalı futbolçudan tarixi rekord

İqor Akinfeyev Rusiya futbol tarixində yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, Moskva MOİK-nin qapıçısı Premyer Liqanın 2023/2024 mövsümünün I turunda “Ural”la görüşdə buna nail olub.

Komandasının səfərdə 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada çərçivəni qoruyan 37 yaşlı Akinfeyev 21-ci mövsümdə çempionat oyununda iştirak etməklə, rekordu ələ keçirib. O, 20 çempionatın iştirakçısı olan Dmitri Loskov və Aleksandr Anyukovu qabaqlayıb.

Karyerası ərzində yalnız MOİK-in formasını geyinən Rusiya millisinin sabiq qolkiperi indiyə qədər ölkə çempionatında 544 oyunda meydana çıxıb.

Qeyd edək ki, İqor Akinfeyev 2003-cü ildən MOİK-in əsas komandasının formasını geyinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026