• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

"Real" yeni ulduzuna görə narahatdır: Bu qadın onu məhv edəcək

İDMAN

22 Aprel 2024 | 21:44

Real yeni ulduzuna görə narahatdır: Bu qadın onu məhv edəcək

"Real"ın gələcək ulduzu Endrik yenidən diqqət mərkəzindədir.

Bakıvaxtı.az xəbər verir ki, o, yetkinlik yaşına çatdıqdan sonra - yayda "Palmeyras"dan ayrılaraq Madrid klubunun sırasına qoşulacaq. Ancaq 17 yaşlı hücumçu gələcəyi ilə bağlı indidən "kral klubu"nda narahatlıq yaradıb.

"Real" 45 milyon avro ödədiyi "sambaçı"nın şəxsi həyatını diqqətlə izləyir. Çünk yaşına baxmayaraq, braziliyalı futbolçu artıq özündən üç yaş böyük olan Qabrielle Miranda adlı qızla evlənməyə qərar verib.

"Real"ın gələcək ulduzu Endrik yenidən diqqət mərkəzindədir. O, yetkinlik yaşına çatdıqdan sonra - yayda "Palmeyras"dan ayrılaraq Madrid klubunun sırasına qoşulacaq. Ancaq 17 yaşlı hücumçu gələcəyi ilə bağlı indidən "kral klubu"nda narahatlıq yaradıb.

"Real" 45 milyon avro ödədiyi "sambaçı"nın şəxsi həyatını diqqətlə izləyir. Çünk yaşına baxmayaraq, braziliyalı futbolçu artıq özündən üç yaş böyük olan Qabrielle Miranda adlı qızla evlənməyə qərar verib.

"Ekstra"nın məlumatına görə, cütlüyün niyyətləri son dərəcə ciddidir. Gənclər, Endrik Madridə yollanacaq tarixə - iyulun ortalarına qədər evlənməyi planlaşdırırlar. "Real" tərəfi bu faktdan narahatdır. Klub qorxur ki, belə gənc yaşda evlilik hücumçunu ən vacib işdən - futboldan yayındıracaq və ailə çətinliklərinə gətirib çıxaracaq.

Qabrielle Miranda "Instagram"da model və influenserdir. Onun hesabını 700 mindən çox insan izləyir. Endriki Qabriellenin "İnstaqram"ında tanımaq asandır. Martın sonunda Madriddə baş tutan İspaniya - Braziliya (3:3) yoldaşlıq oyunundan sonra cütlüyün çəkilən fotosu orada yerləşdirilib. İspanların qapısına vurulan qollarından birinin müəllifi məhz 17 yaşlı forvard olub.

Hesabda yer alan başqa bir şəkil isə toya açıq-aşkar hazırlıq getdiyini göstərir. Cütlüyün buradakı üslubu isə əvvəki foto ilə müqayisədə tamam fərqlidir.

Bu münasibətlə bağlı başqa maraqlı detal var. Pod Delas podkastında Endrik ilə Qabrielle arasında "münasibət müqaviləsi" bağlandığı açıqlanıb. Müqavilənin əsas məqamları aşağıdakılardır:

asılılığın olmaması (alkoqol və narkotik);
davranış və əhval-ruhiyyədə qəfil dəyişikliklərin qadağan edilməsi;
Bütün hallarda "səni sevirəm" demək məcburidir.

"Real" kimi "Palmeyras" da Endrikin yeni hobbisinin çox ehtiraslı olacağından və onu futboldan yayındıracağından narahatdır. "Yaşıl-ağlar"ın "İnternasional"a uduzduğu (0:1) matçdan sonra komandanın baş məşqçisi Abel Ferreyra bu barədə kifayət qədər sərt açıqlama verib:

"Ümid edirəm ki, Endrik diqqətini futbola cəmləyəcək və fikrini başqa şeylərlə yayındırmayacaq. Daha yüksək səviyyəyə çatmaq istəyirsinizsə, diqqətinizi vacib olana yönəltməlisiniz".

Yəqin ki, Madrid klubunun məşqçilər heyətini yeni ulduz ilə çətin iş prosesi gözləyir. O, ya "qalaktikos"un bir parçasına çevriləcək, ya da adını tarixin ən uğursuz transferləri siyahısına yazacaq. Bunu öyrənmək üçün bir neçə ay gözləmək lazımdır. (publika.az)

 


SON XƏBƏRLƏR

20 May 2024