• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Rəhmi Koça cinayət işi açıldı

DÜNYA

09 Iyun 2026 | 10:10

Rəhmi Koça cinayət işi açıldı

Türkiyə hakimiyyəti kürd qadın haqqında etdiyi qeyri-etik zarafatla cəmiyyətdə böyük qəzəbə səbəb olan türkiyəli milyarder barəsində araşdırmalara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qalmaqallı bəyanat ölkənin ən böyük ailə konqlomeratı olan "Koç Holding"in keçmiş idarə heyətinin sədri, 95 yaşlı milyarder Rəhmi Koç tərəfindən İzmirdə xəstəxanalardan birinin açılış mərasimində səsləndirilib.

R.Koçun həkimlə kürd qadın arasındakı dialoqdan bəhs edən lətifə danışdığı videoçarx sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin etirazlara yol açıb.

Sosial şəbəkələrdə trendə çevrilən videoda Rəhmi Koç bu ifadələri işlədib:

"Həkim kürd qadının şikayətini dinləyir. Sonra ona “Xanım, pərdənin arxasına keçib soyunun” dedikdə, qadın cavab verir: “Həkim, yaxşı olar ki, əvvəlcə siz soyunasınız'".

Türkiyənin ədliyyə naziri Akın Gürlek bəyan edib ki, İzmir Baş Prokurorluğu sözügedən çıxışla bağlı öz təşəbbüsü ilə araşdırmalara başlayıb.

Nazir vurğulayıb: "Ədalətin tərəzisi kiminsə sərvətinə, tituluna və ya statusuna görə dəyişmir; məhkəmə hakimiyyəti hər zaman insan ləyaqətinin və qanunun keşiyində dayanır. Bu cür ifadələrin “zarafat” və ya yumor adı altında səsləndirilməsi qadınlarımıza və cəmiyyətimizin müəyyən bir hissəsinə qarşı nümayiş etdirilən kobudluğu azaltmır".

Kürdyönümlü Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiyası) həmsədri Tuncer Bakırhan da Rəhmi Koçun sözlərini pisləyib. O, bu çıxışı "kürd qadınlarını aşağılayan irqçi ifadələr" adlandırıb və bu cür ritorikanın tamamilə qəbuledilməz olduğunu vurğulayıb.

Yaranmış ciddi narazılıqdan sonra türkiyəli iş adamı üzr istəməli olub.

"Koç Holding"in "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə yayılan bəyanatda Rəhmi Koç deyib:

"Kimsəni incitmək niyyəti daşımayan sözlərimə görə səmimi qəlbdən üzr istəyirəm. Yaşanan bu hadisədən dolayı dərindən təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm".

Buna baxmayaraq, DEM Partiyasının nümayəndələri Rəhmi Koçu "ictimaiyyətdə nifrət və düşmənçiliyi qızışdırmaq", "insan ləyaqətini aşağılamaq", həmçinin "nifrət və ayrı-seçkilik salmaq" maddələri ilə ittiham edərək İzmir Prokurorluğuna rəsmi şikayət ərizəsi təqdim etdiklərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, Rəhmi Koç 2003-cü ildə holding rəhbərliyindən uzaqlaşaraq idarəetməni böyük oğlu Mustafa Koça təhvil vermişdi. Mustafa Koç isə 2016-cı ildə 55 yaşında infarkt nəticəsində vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026