• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəisinin Türkiyə səfərinin təfərrüatı

DÜNYA

21 Yanvar 2024 | 10:12 | Müəllif: Subhan Mahmudov

Rəisinin Türkiyə səfərinin təfərrüatı

İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfərinin təfərrüatı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran lideri ilə 10 beynəlxalq müqavilə imzalayacaq:

“Rəisinin səfəri İran və Türkiyə arasında yüksək səviyyəli dialoqun davam etdirilməsində mühüm addım və ümumi gündəmdəki məsələlərin müzakirəsi üçün müvafiq fürsətdir”.

Bildirilir ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası da Ankarada keçiriləcək. Səfər zamanı mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrində 10-a yaxın sazişin imzalanması gözlənilir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026