• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rəsmi Bakının Qranada görüşündən imtinası: Ən doğru qərar verildi

GÜNDƏM

05 Oktyabr 2023 | 13:37 | Müəllif: Qalib İbrahimoğlu

Rəsmi Bakının Qranada görüşündən imtinası: Ən doğru qərar verildi

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, Qranadada Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və Aİ Şurasının prezidenti Şarl Mişellə görüş gözlənilirdi. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib. Xüsusilə Fransa və Almaniya buna qarşı çıxıb. Əlbəttə, Azərbaycana təklif olunan beşli formatda anti-Azərbaycan ab-havası formalaşacağı şübhəsizdir.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın görüşdən imtina etməsi ilə bağlı haqlı səbəbləri var.

Ekspertin sözlərinə görə, Qranadada keçirilməsi planlaşdırılan görüşdə Almaniya və Fransa iştirak edəcəkdi: "Azərbaycanın tələbi o idi ki, əgər söhbət Brüssel formatının genişləndirilmiş formasından gedirsə, o zaman müzakirələrdə Türkiyə də iştirak etsin. Çünki Almaniya nisbətən neytral görünsə də, əslində Ermənistana daha yaxındır. Fransa isə tamamilə İrəvanın tərəfindədir. Belə bir format çərçivəsində keçiriləcək görüşdə hansı müsbət nəticədən söhbət gedə bilər?!”

Müsahibimiz qeyd edib ki, Fransa moderator kimi açıq-aşkar anti-Azərbaycan mövqe sərgiləyir. Bu ölkənin rəhbərliyindən tutmuş, digər rəsmilərinə kimi hamısı birmənalı Azərbaycanı əsassız ittiham edir, suçlayır: “Bununla yanaşı, parlamentində Azərbaycanla dostluq qrupunu ləğv edir. Belə bir ölkənin vasitəçiliyi effektli ola bilərmi?! Vasitəçi neytral və ədalətli olmalıdır. Bu baxımdan rəsmi Bakı görüşdə Türkiyənin iştirakını şərt qoymudşu. Ancaq Berlin və Paris Ankaranın görüşə qatılmasına etirazını bildirdi”.

Turab Rzayev: Ermənistanı dəstəkləyən ölkələrin görüşündə hansı müsbət nəticədən söhbət gedə bilər?!

Politoloq görə, digər məqam isə odur ki, adətən Almaniya və Fransa neytrallığı pozduqda Avropa İttifaqı Şurasının prezidenti nisbətən daha obyektiv yanaşırdı. Ancaq Şarl Mişelin sonuncu çıxışı da Azərbaycan əleyhinə oldu: “Ona görə də Bakının görüşdən imtinası ən doğru qərar oldu".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026