• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Bəziləri küçədə, bayırda söydüyü söyüşü bura köçürdü” - Deputat

GÜNDƏM

02 Noyabr 2023 | 12:37

“Bəziləri küçədə, bayırda söydüyü söyüşü bura köçürdü” - Deputat

“Əslində sosial şəbəkə bir nemətdir. Mədəni səviyyəsi fərqli olan cəmiyyətlər onu istədiyi kimi istifadə edə bilirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa “Günə son” verlişinə açıqlamasında deyib.

Xarici dövlətlərin sosial şəbəkə siyasətindən söz salan deputat misal kimi, qeyd edib ki, Çində bunu bilgi texnologiyası olaraq daha çox insanın savadlanması üçün fürsət olaraq görürlər: “Azərbaycanda da bir qrup insan bunu faydalı istiqamətdə istifadə etməyə çalışdı. Digər qisim isə küçədə, bayırda söydüyü söyüşü artıq bura köçürdü. Orada göstərdikləri qeyri- etik davranışları bura çevirməyə başladılar. Bunlar da sosial şəbəkənin zərərli bir elementə çevrilməsinə səbəb oldu”.

Deputat yerli sosial şəbəkə platformalarından şikayətlənsə də, hər hansı sosial şəbəkənin bağlanmasının əleyhinə çıxıb: “Bu, texnologiyanın bağlanmasıdır. Ağılsız insanların zərəri hesabına texnologiyanın nailiyyətlərini bağlamaq olmaz”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026