• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Reytinqlərim heç vaxt bu qədər yüksək olmamışdı - Tramp

DÜNYA

06 Aprel 2023 | 13:58 | Müəllif: Qalib İbrahimoğlu

Reytinqlərim heç vaxt bu qədər yüksək olmamışdı - Tramp

“Bu, əsassız ittihamlardan sağ çıxan biri üçün inanılmaz bir təcrübə, bəlkə də tarixdə ən yaxşı gün idi”

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabından bildirib.

Tramp aprelin 4-nü - Nyu-York məhkəməsində dələduzluqda ittiham olunduğu və müvəqqəti həbs olunduğu günü “tarixin ən yaxşı günü” adlandırıb.

Eks-prezident bildirib ki, həbs və ittihamların irəli sürülməsi onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək planlarına müsbət təsir edib.

“Mənim reytinqlərim heç vaxt bu qədər yüksək olmamışdı, (seçkiqabağı) kampaniya üçün 10 milyon dollar toplanmışdı və gün çox mühüm çıxışla başa çatdı”, - deyə o bildirib.

Bundan əlavə, Trampın seçki kampaniyası üçün vəsait toplama saytı indi respublikaçının təsviri olan köynək almaq imkanı təqdim edir. Şəklin altında “günahkar deyil” yazısı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR