• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ronaldo çinli azarkeşlərdən üzr istədi

İDMAN

23 Yanvar 2024 | 21:30 | Müəllif: Subhan Mahmudov

Ronaldo çinli azarkeşlərdən üzr istədi

Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasının portuqaliyalı kapitanı Kriştianu Ronaldo şəxsən oynamağa hazır olmadığı üçün Səudiyyə klubunun Çin turunu ləğv etdiyi üçün azarkeşlərdən üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərini Goal nəşri sitat gətirib .

“Bildiyiniz kimi, futbolda bəzi şeyləri idarə etmək olmur. 22 ildir oynayıram və çox zədə almamışam. Buna görə də çox kədərlənirəm, çünki Əl-Nassrla Çinə turdan həzz almaq üçün gəlmişik.

2003-cü ildən Çinə gəlirəm, çünki burada özümü evimdəki kimi hiss edirəm. Həmişə hiss edirdim ki, burada mənə xüsusi münasibət bəsləyirlər. Amma bu, futbolun və həyatımın bir hissəsidir. Çin xalqını sevindirmək üçün geri dönəcəyik, mənim məqsədim budur. Ümid edirəm ki, futbolçunun vəziyyətini anlayırsınız”, - Ronaldo bildirib.

Yanvarın 23-də “Əl-Nasr” rusiyalı mütəxəssis Leonid Slutskinin rəhbərlik etdiyi “Şanxay Şenxua” (24 yanvar) və “ Hançjou Qrintaun”la (28 yanvar) yoldaşlıq görüşlərini təxirə salıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026