• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ronaldo kraliçanın ölümündən yazdı

DÜNYA

09 Sentyabr 2022 | 16:02

Ronaldo kraliçanın ölümündən yazdı

“Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldo Böyük Britaniya kraliçası II Elizabetin ölümünə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında yazıb. 

“Karyeramın yeddi ilini Premyer Liqada keçirdim və bu, mənim İngiltərədə yaşadığım 8-ci mövsüm oldu. Bu illər ərzində mən Böyük Britaniyanın kraliçasına olan sonsuz məhəbbətini və ülyahəzrətin britaniyalılar üçün nə qədər əhəmiyyətli olduğunu gördüm.Onun əbədi olaraq yaddaşlarda qalacağını hiss etdim.

Mən kraliçanın xatirəsinə ehtiramımı bildirirəm və vətənim deməyi öyrəndiyim bu əvəzolunmaz ölkədəki itkinin yasını tuturam. Düşüncələrim və dualarım kral ailəsi ilədir”.


Ronaldo kraliçanın ölümündən yazdı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR