"Mançester Yunayted"in yeni transferi Kriştiano Ronaldo "qırmızı şeytanlar"a qayıdışı barədə danışıb.
Bakıvaxtı.az xəbər verir ki, 2003-2009-cu illərdə də bu komandada oynayan 36 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında deyib:
"Bildiyiniz kimi, bu heyrətamiz klubda fantastik bir hekayəm var. 18 yaşımdan buradayam. Təbii ki, 12 il sonra evə qayıtdığım üçün sevinirəm. Çox xoşbəxtəm və komandam ilə ilk oyunu səbirsizliklə gözləyirəm. "Mançester Yunayted"ə keçdiyim üçün şadam. Yenidən tarix yazmaq, klubun böyük nəticələr əldə etməsinə, ən nüfuzlu kubokları qazanmasına, böyük işlər görməsinə kömək etmək istəyirəm".
Qeyd edək ki, Ronaldo ötən gün "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.
Ronaldo: "Mançester Yunayted"ə keçdiyim üçün şadam"
İDMAN
01 Sentyabr 2021 | 21:21 | Müəllif: Subhan Mahmudov

SON XƏBƏRLƏR
17:58















