• Bakı 16° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Ronaldu üçün 2026-cı il dünya çempionatı sonuncu yarış olacaq

İDMAN

11 Noyabr 2025 | 17:11

Ronaldu üçün 2026-cı il dünya çempionatı sonuncu yarış olacaq

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının onun peşəkar karyerasında sonuncu yarış olacağını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda bildirib.

"Bəli, bu, doğrudur. Həmin vaxt mənim 41 yaşım olacaq. Daha əvvəl də dediyim kimi, sadəcə anın dadını çıxarıram", – deyə Ronaldu söyləyib.

40 yaşlı Ronaldu "Qızıl top" mükafatının beşqat qalibidir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-da keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.


SON XƏBƏRLƏR