Qazaxıstanın Baş naziri və "Roskosmos"un rəhbəri Qazaxıstan-Rusiya layihəsi olan "Nazarbayev start"nı müzakirə ediblər.
Bakivaxti.az xarici KİV-ə istinadən xəbər verir ki, Dmitri Roqozin dünən "Baykanur"da olub. Bu gün isə Nur-Sultanda Əsgər Maminlə Baykonurun və kosmik sektordakı digər layihələrin gələcək inkişafını müzakirə ediblər.
"Nazarbayev start"ın uçuş sınaqlarının 2022-ci ilin sonuna qədər həyata keçirilməsi güman edilir. Rusiya raket istehsalını, Qazaxıstan isə infrastrukturainvestisiya qoyuluşunu öz üzərinə götürüb.















