• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rus hərbçiləri Fransa vətəndaşını xilas etdi

DÜNYA

31 Yanvar 2023 | 16:42

Rus hərbçiləri Fransa vətəndaşını xilas etdi

Rusiya hərbçiləri Fransa vətəndaşını Atlantik okeanında qəzaya uğrayan yaxtadan xilas edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Şimal Donanmasının döyüş gəmiləri dəstəsinin Atlantik okeanının mərkəzi hissəsində uzaqmənzilli tapşırıqları yerinə yetirən "Kama” orta tankerinin ekipajı qəza vəziyyətində olan yaxtadan fövqəladə siqnal alıb. Heyətə kömək etmək üçün “Kama” tankeri marşrutdan çıxaraq qəza ərazisinə doğru hərəkət edib. Yaxtaya təftiş qrupu endirilib, bir nəfər və həmin şəxsin iti şəxsi əşyaları ilə birlikdə Rusiya tankerinə qaldırıb. Xilas edilən şəxs Atlantik okeanında təkbaşına səyahət etmiş Fransa vətəndaşı Lukas Monteu olub. Yaxtada fırtına zamanı sükan çarxı sıradan çıxıb və su axmağa başlayıb. Problemləri həll etmək üçün uğursuz cəhddən sonra o, təcili yardım çağırışı edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026