• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rus qoşunları Luqanskı tərk edir

DÜNYA

12 Sentyabr 2022 | 15:16

Rus qoşunları Luqanskı tərk edir

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı ilə əlaqədar Luqansk vilayətindəki dislokasiya yerlərini tərk etməyə tələsir.

Bakıvaxtı.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri ailələri ilə birlikdə Luqansk vilayətini tərk edirlər: "Rusiya ilə sərhəd istiqamətində böyük avtomobil növbələri yaranıb”.

Məlumata görə, Donetsk və Luqansk vilayətlərində döyüşlər gedir, Xersonda isə Rusiya qoşunları təslim olmağa hazırlaşır.

Eyni zamanda Xarkov vilayətinin Xotomlya və Streleçya kəndlərində Ukrayna bayrağının dalğalandığı qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR