• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya aviaşirkəti Moskvadan Gəncəyə uçuşları artırıb

CƏMİYYƏT

12 Iyul 2022 | 12:14

Rusiya aviaşirkəti Moskvadan Gəncəyə uçuşları artırıb

Rusiyanın “UTair” aviaşirkəti Moskvadan Gəncə şəhərinə həftənin çərşənbə axşamı və şənbə günləri əlavə reyslər açıb.

Bakıvaxtı.az şirkətə istinadən xəbər verir ki, bu marşrut ilə reyslərin sayı 3-dən 5-dək artırılıb.

Qeyd edək ki, əvvəl aviaşirkət bu istiqamətdə həftənin bazar ertəsi, cümə axşamı və bazar günləri uçuşlar yerinə yetirib.

“Bu il Azərbaycana reyslərin sayını artırdıq. Şirkətin cədvəlində Moskvadan Gəncə və Naxçıvana, Qroznı, Moskva, Sankt-Peterburq, Surqut, Tümen və Ufa şəhərlərindən Bakıya birbaşa marşrutlar var”, - deyə şirkətin yaydığı məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026