• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qurban Yetirmişli: "Lökbatan vulkanının püskürməsi 4 dəqiqə davam edib"

CƏMİYYƏT

11 Avqust 2022 | 11:27 | Müəllif: Subhan Mahmudov

Qurban Yetirmişli: "Lökbatan vulkanının püskürməsi 4 dəqiqə davam edib"

"Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir. Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, 4 dəqiqə ərzində davam edib.

Baş direktor bildirib ki, vulkanın dərinliyi 3 km olub: "Yəni, palçıqla birlikdə püskürmə 3 km-dən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürtülər isə hündürlüyə qalxmasa da, davam edəcək.

Təşvişə düşməyə ehtiyac yoxdur. Bu, ölkəmizin ərazisində mövcud olan palçıq vulkanlarından biridir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026