2025-ci ilin iyun ayında Rusiya Cənubi Koreyadan dondurma alışını may ayı ilə müqayisədə 20% artırıb.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, iki ölkə arasında ticarət dövriyyəsində rekord göstəricidir.
2025-ci ilin iyununda Cənubi Koreya dondurmasının alışının həcmi 933 min dollar təşkil edib ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 11% çoxdur. 2025-ci ilin birinci yarısında Rusiya Cənubi Koreyadan 3,9 milyon dollar dəyərində dondurma idxal edib ki, bu da 2024-cü illə müqayisədə 21% çoxdur.
2024-cü ildə bu ölkədən Rusiya dondurma alışlarının ümumi həcmi 5 milyon dollar təşkil edib.
Gülşən Şərif