• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya Mariupolda kimyəvi silah tətbiq edib

DÜNYA

12 Aprel 2022 | 00:47 | Müəllif: Subhan Mahmudov

Rusiya Mariupolda kimyəvi silah tətbiq edib

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayı teleqramda xəbər verib.

Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.

Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.

"Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılmaqla mənşəyi naməlum zəhərli maddədən istifadə edib", - “Azov”un xəbərində deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026