Koreya yarımadasındakı bütün tərəflər gərginliyin artmasına səbəb ola biləcək hər hansı addımlardan çəkinməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjyan Tzsyun BMT Təhlükəsizlik Şurasının iclasında çıxış zamanı deyib.
“Çin bütün tərəfləri sakit və təmkinli olmağa, dialoq və konsultasiya yolunu tutmağa və gərginliyi artıra biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır”, - o bildirib.















