• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Moldovaya üç raket atdı

DÜNYA

10 Oktyabr 2022 | 13:27

Rusiya Moldovaya üç raket atdı

Rusiya raketləri Moldovanın hava məkanını pozub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket Moldovanın tanınmamış Dnestryanı bölgəsinin Kolbasna kəndi və Soroka şəhəri ərazisindən keçib.

Nazirlikdən qeyd olunub ki, bununla Moldovanın hava məkan pozulub: “Bu, qəbuledilməzdir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026