• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya ordusu Ukraynanın bu ərazilərini tərk edir

DÜNYA

31 Iyul 2022 | 17:28

Rusiya ordusu Ukraynanın bu ərazilərini tərk edir

Rusiya ordusu şəxsi heyətini Ukraynanın Zaporojye əyalətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarır.

Bu barədə Bakıvaxtı.az Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

"İyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin işğalçıların hərbi qüvvələrinin Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələri yaxınlığında yerləşdiyi yerə endirdiyi zərbələrdən sonra Rusiya hərbçiləri canlı qüvvə və texnikanı başqa mövqelərə aparıblar. 40-a yaxın yaralı Poloqi şəhərindəki xəstəxanaya aparılıb. Hərbi bölmələr demək olar, Çerniqovkadan çıxarılıb”, - məlumatda deyilir.

Qeyd edilir ki, yaşayış məntəqələrinin yaxınlığında bir neçə keçid məntəqəsi və 100-dən az hərbçi var. Rusiya hərbçilərinin qalan hissəsi texnika ilə birlikdə Tokmak və Berdyansk şəhərlərinə göndərilib.

"Rusiya hərbçiləri yaşayış məntəqələrini tərk edərkən planlı rotasiya təəssüratı yaratmağa çalışırlar. Əslində, işğalçılar kəndi tamamilə tərk etmək niyyətindədirlər və giriş yollarını minalamağa başlayıblar", - Ukrayna Silahlı Qüvvələri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026