Rusiya Müdafiə Nazirliyi Qara dənizə girən ABŞ-ın "USS Mount Whitney" hərbi gəmisinin təqib edildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasına aid LCC 20 Borda nömrəli 188 metr uzunluğundakı "USS Mount Whitney" döyüş gəmisi Qara dənizə çatıb.
Rusiya Müdafiə Nazirliyi Qara dənizə daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Mount Whitney" amfibiya komanda-nəzarət gəmisinin nəzarətə alındığını açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin bu gün Qara dənizə daxil olduğu bildirilib.
Açıqlamada, Rusiyanın Qara dənizdəki donanmasının Mount Whitney amfibiya komanda-nəzarət gəmisinin manevrlərini izlədiyi bildirilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən bazar günü mövzu ilə bağlı verdiyi açıqlamada Vaşinqton rəhbərliyinin Qara dənizə hərbi gəmilər göndərərək bölgəni sabitləşdirmədiyini, sahilyanı ölkələri qarşıdurma siyasətlərinə yönəltməyə çalışdığını bildirib.
Aytac Aslan
















