• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiya "S-500"lər üçün raket istehsalına başlayıb

DÜNYA

11 Avqust 2021 | 11:07

Rusiya "S-500"lər üçün raket istehsalına başlayıb

Rusiyanın Almaz-Antey Konserninin müəssisələri hazırda inkişafda olan "S-500 Prometey" hava hücumundan müdafiə sistemləri üçün raket istehsalına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur "TASS" xəbər agentliyi məlumat yayıb. 

"Rusiya Müdafiə Nazirliyi ilə Almaz-Antey Konserni arasında 2020-ci ilin sonunda imzalanan müqaviləyə əsasən, Aerokosmik Qüvvələrə təhvil veriləcək seriyalı raketlərin istehsalı davam edir", - deyə rəsmi mənbədən adıçəkilən agentliyə bildirilib.

Mənbələrə əsasən, S-500-ün sınaq atışları Rusiyanın cənubundakı sınaq poliqonunda davam edir. Onların 2021-ci ilin sonunda tamamlanması gözlənilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin 20 iyul tarixli məlumatında bildirilir ki, qabaqcıl Rusiya istehsalı olan S-500 hava hücumundan müdafiə raket sistemi, sınaq buraxılışı zamanı Kapustin Yar poliqonunda yüksək sürətli ballistik hədəfi vurub.

Bundan əlavə, S-500 raket sisteminin dünyada analoqunun olmadığı, bütün əməliyyat və potensial aerokosmik hücum silahlarını vurmaq üçün hazırlandığı qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026