• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Rusiya-Ukrayna gərginliyinin həll olunması..." - Hulusi Akar

SİYASƏT

18 Fevral 2022 | 13:08 | Müəllif: Subhan Mahmudov

"Rusiya-Ukrayna gərginliyinin həll olunması..." - Hulusi Akar

Rusiya-Ukrayna gərginliyində dialoqu davam etdirmək və diplomatiya yolu ilə nəticə əldə etmək hamımızın ortaq arzusudur. Biz təzyiqi aşağı salmaq üçün üzərimizə düşəni edirik.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra yerli jurnalistlərə açıqlamasında deyib.

H.Akar qeyd edib ki, Türkiyənin Rusiya-Ukrayna böhranına münasibəti ilk gündən bəri açıq və konkretdir.

"Mövqeyimiz ən yuxarı səviyyələrdə-Prezident və nazirlər səviyyəsində həmişə dilə gətirilib. Regiondakı gərginliyin soyuqqanlı həllinin tərəfdarıyıq. Bu mənada Qara dəniz sahili ölkələrinin hüzur və rifah içində yaşamasını istəyirik", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026