• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiya-Ukrayna müharibəsi bitir? - Ərdoğan AÇIQLADI

DÜNYA

05 Sentyabr 2023 | 14:44

Rusiya-Ukrayna müharibəsi bitir? - Ərdoğan AÇIQLADI

“Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin müharibə ilə bağlı mövqeyi aydındır: “İlk gündən diplomatiyanın tərəfdarı olduğumuzu deyirik. Daha çox qan tökülməsinin qarşısını almağa səy göstəririk. Təəssüf ki, il yarım əvvəl başlayan müharibə hələ də davam edir”.

Ərdoğan vurğulayıb ki, müharibənin qalibi, sülhün məğlubu olmaz: “Əsir mübadiləsi kimi məsələlərdə olduğu kimi vasitəçiliyimizi davam etdirəcəyik. Arzumuz savaşın beynəlxalq hüququn tələblərinə uyğun formada başa çatmasıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026