• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiya Ukraynada daha bir “respublika” yaradır

DÜNYA

21 Aprel 2022 | 22:42 | Müəllif: Subhan Mahmudov

Rusiya Ukraynada daha bir “respublika” yaradır

Xerson vilayətində işğalçılar “xalq respublikası” yaratmaq üçün aktiv fəaliyyətə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” operativ komandanlığı məlumat yayıb.

Bildirilib ki, artıq “referendum” keçirmək üçün hazırlıqlar gedir. İddiaya görə, “referendum”u 27 apreldə keçirmək planlaşdırılıb.

Ombudsman Lüdmila Denisova isə qondarma referendumun 1-10 may arasında keçiriləcəyinə cəhd ediləcəyi haqda məlumat aldığını deyib. Qeyd edib ki, 2014-cü ildə Luqansk və Donetskdə keçirilən qondarma referendum ssenarisini Xersonda tətbiq etməyə çalışırlar.

Xerson şəhər meri İqor Kolıxayev onda “referendumun tarixi” ilə bağlı hər hansı dəqiq məlumat olmadığını deyib.

İ.Kolıxayev hazırda işğal altında olan şəhərdə fəaliyyətini davam etdirdiyini, insanlara xidmət etdiyini də bildirib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026