• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Rusiyada miqrant uşaqları ilə bağlı YENİLİK

DÜNYA

24 Dekabr 2024 | 10:58

Rusiyada miqrant uşaqları ilə bağlı YENİLİK

Rusiyada miqrant uşaqlarının məktəblərə qəbul olunmaq üçün rus dili biliklərinin yoxlanılmasına 2025-ci il aprelin 1-dən başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko bildirib.

    Onun sözlərinə görə, 2025-ci il aprelin 1-dən bütün ölkə üzrə məktəblərə qəbul olunmaq üçün miqrant uşaqların rus dili biliklərinin yoxlanılmasına başlanılacaq.

    “Rosobrnadzor hazırda metodiki materialların, sınaq sistemlərinin və qiymətləndirmə meyarlarının hazırlanmasını yekunlaşdırır, çünki biz başa düşürük ki, müxtəlif siniflərdə müxtəlif səviyyələrdə test tələb olunacaq. Gələn ilin aprel ayının 1-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində belə işlər sistemli şəkildə inkişaf etdiriləcək”, - Rusiya Baş nazirinin müavini vurğulayıb.

    O, hər il 155 minə yaxın miqrant uşağının Rusiya məktəblərinə getdiyinə aydınlıq gətirib.

    Qeyd edək ki, Rusiya Dövlət Duması rus dilini bilməyən miqrantların uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsini qəbul edib. Qanuna görə, bundan sonra miqrant uşaqları rus dili biliklərinin səviyyəsini göstərən test imtahanı verməlidirlər.


    SON XƏBƏRLƏR

    24 Dekabr 2024