• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada pandemiya ilə bağlı qadağalar aradan götürüldü

DÜNYA

01 Iyul 2022 | 10:26

Rusiyada pandemiya ilə bağlı qadağalar aradan götürüldü

Rusiyada pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər, o cümlədən maska rejimi və iaşə müəssisələrinin gecə işləməsi qadağası aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.

"Epidemioloji prosesin intensivliyinin davamlı azalması ilə əlaqədar Rospotrebnadzor əvvəllər tətbiq edilmiş məhdudiyyətləri, o cümlədən maska rejimi, iaşə obyektlərinin gecə işləməsi qadağası və bir sıra digər tədbirləri dayandırır", - deyə qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Son dörd ayda Rusiyada COVID-19 epidemiyası prosesinin intensivliyində davamlı olaraq azalma müşahidə olunub. Həftəlik yoluxma səviyyəsi fevralın ortalarında maksimumdan 64 dəfədən çox azalıb və hazırda pandemiyanın başlanğıcından bəri ən aşağı səviyyədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026