Rusiya ordusu Xersona hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin rəhbəri Serhiy Kruk bildirib. Onun sözlərinə görə, hücum nəticəsində Kaxovka SES bəndinin uçmasından sonra baş vermiş daşqının nəticələrinin aradan qaldırılmasında iştirak edən qruplardan bir nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
Kruk sosial mediada paylaşdığı açıqlamada 8 zabitin müxtəlif dərəcəli bədən xəsarətləri aldlğını qeyd edib.
Prezideni Vladimir Zelenski xalqa müraciətində Ukrayna döyüşçülərinni bütün bu vəhşiliklərə cavab verəcəyini vurğulayıb.
Ay Tac















