• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Rusiyanı görünməmiş təcrid gözləyir - Avropa İttifaqı

SİYASƏT

25 Fevral 2022 | 00:27 | Müəllif: Subhan Mahmudov

Rusiyanı görünməmiş təcrid gözləyir - Avropa İttifaqı

Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel gün ərzində G7 ölkələrinin xarici işlər nazirləri ilə Rusiyanın Ukraynaya hücumuna cavab olaraq atılacaq koordinasiyalı hərəkətləri müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Josep Borrel özünün tviter hesabında yazıb.

“G7 ölkələrinin xarici işlər nazirləri gün ərzində Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq atacağımız koordinasiyalı hərəkətləri müzakirə etdik. Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir.

Transatlantik tərəfdaşlarımızla Ukrayna ilə həmrəyik”, - Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi sosial şəbəkədəki hesabında qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026