• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Rusiyanın daha 20 tankı məhv edilib"

DÜNYA

25 Fevral 2022 | 14:49 | Müəllif: Subhan Mahmudov

"Rusiyanın daha 20 tankı məhv edilib"

Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. İşğalçı qüvvələr canlı itki verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, “Şimal” bölməsi həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.

“Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, - deyə məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026