• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Rusiyanın itkiləri artır - DƏHŞƏTLİ RƏQƏMLƏR

DÜNYA

06 Iyul 2022 | 10:15 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın itkiləri artır - DƏHŞƏTLİ RƏQƏMLƏR

Rusiyanın Ukraynadakı itkiləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir kİ. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 300 hərbçisi məhv edilib.

Bildirilir ki, bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1600 tank, 3789 zirehli maşın, 812 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 664 operativ-taktiki PUA, 153 qanadlı raket, 15 gəmi/qayıq, 2648 avtomobil və avtoçən, 65 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ordusu daha çox Slavyansk istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Ramid İbrahimov


Rusiyanın itkiləri artır - DƏHŞƏTLİ RƏQƏMLƏR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026