• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

 Rusiyaya ixrac 19,46 faiz azalıb

İQTİSADİYYAT

06 May 2024 | 10:45 | Müəllif: Gülşən Şərif

Rusiyaya ixrac 19,46 faiz azalıb

Bu il Qərbi Aralıq dənizi İxracatçılar Birliyinə üzv şirkətlərdən Rusiyaya ixrac 15 milyon 659 min dollar təşkil edib.

Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bu, Qərbi Aralıq dənizi İxracatçılar Birliyinin (BAİB) son hesabatında yer alıb.

Hesabata görə, bu ilin ilk 4 ayında müharibənin davam etdiyi Ukraynaya ixrac 1,09 faiz artaraq 14 min dollara çatıb. Eyni zamanda Rumıniyaya ixrac 8,26 faiz azalaraq 12 milyon 479 min dollar təşkil edib.  Almaniyaya ixrac isə 8,43 faiz azalaraq 11 milyon 384 min dollara çatıb. 

İlin ilk dörd ayında ümumi ixracatda meyvə-tərəvəz və təbii daşlar olmaqla, mədənçilik sektorları üzrə ixracat daha çox həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə  meyvə-tərəvəz sektorunda 12,29 faizlik azalma müşahidə olunub. Mədənçilik sektorunda isə 44 faizlik artımla 160 milyon 301 min dollarlıq ixracat həyata keçirilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026