• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ruslara xarici səyahət qadağası gəlir

DÜNYA

27 Sentyabr 2022 | 03:11

Ruslara xarici səyahət qadağası gəlir

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik qərarından sonra Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında hərbi yaşda olan şəxslərin xaricə səyahətinə qadağa qoyulması təklif edilib.

Bakıvaxtı.az xəbər verir ki, Federasiya Şurasının Krımdan olan üzvü senator Sergey Tsekov qismən səfərbərlik qərarından sonra Rusiyadan 260 min kişinin xaricə getdiyini iddia edib.

Beləliklə, Rusiya Federasiyası vətəndaşı olan kişilər xaricə getmək üçün sərhəd qapılarında hərbi şöbələrdən alacaqları xüsusi sənədi təqdim etməli olacaqlar (aviatravel.az). Orduda qeydiyyatda olan bütün vətəndaşların siyahıları müvafiq orqanlara göndəriləcək və sərhədi keçmək istəyənlər gömrükçülər tərəfindən aldıqları arayışa baxaraq siyahı yoxlanılaraq buraxılacaqlar.


SON XƏBƏRLƏR

26 Aprel 2024