• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Saakaşvili həbsdə QALDI

DÜNYA

24 Dekabr 2024 | 14:03

Saakaşvili həbsdə QALDI

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək işi üzrə növbəti məhkəməsi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Saakaşvilinin vəkili Beka Basilaya həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib.

O, sübutların tədqiqinin başa çatdırıldığını, ona görə də həbs qətimkan tədbirinin tətbiqi üçün əsas qalmadığını bildirib. Lakin, dövlət ittihamçısı vəsatətlə razılaşmayıb. Prokurorun sözlərinə görə, həbs-qətimkan tədbirinin tətbiqi müəyyən təhdidlərlə əlaqədardır və bu yalnız sübutların məhv edilməsi ilə bağlı deyil.

Hakim Mixeil Cincolia müttəhimin yeni cinayətlər törətməsinin və qaçma təhlükəsinin mövcudluğunu nəzərə alaraq vəsatəti təmin etməyib.

Xatırladaq ki, sabiq Prezident Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb.


SON XƏBƏRLƏR

24 Dekabr 2024