• Bakı C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.7517

    RUB - 1.7594

Sabah hava çiskinli olacaq - PROQNOZ

CƏMİYYƏT

11 Fevral 2025 | 12:47

Sabah hava çiskinli olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


SON XƏBƏRLƏR

11 Fevral 2025