• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Sabah möhtəşəm kosmik hadisə baş verəcək

CƏMİYYƏT

26 Yanvar 2024 | 15:55 | Müəllif: Subhan Mahmudov

Sabah möhtəşəm kosmik hadisə baş verəcək

Yanvarın 27-də planetlərin mini paradı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, Merkuri, Venera və Mars eyni istiqamətdə düzüləcək. Cəmi üç planet sıralandığına görə kosmik hadisə “mini düzülüş” adlanır.

Astrofiziklər bildiriblər ki, “parad”ı Oxatan bürcündə görmək mümkün olacaq.

Qeyd edək ki, ən yaxın “böyük düzülüş” (5 planet) cari ilin aprelin 20-də olacaq.

“Tam düzülüş” isə bu il gözlənilmir. Yeddi planetin iştirakı ilə olacaq “parad” 2025-ci il fevralın 28-nə proqnozlaşdırılıb.

Əlavə edək ki, planetlərin paradı - Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026