• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

SABAH qruplarına müəllim seçimi davam edir

CƏMİYYƏT

06 Yanvar 2022 | 11:09 | Müəllif: Subhan Mahmudov

SABAH qruplarına müəllim seçimi davam edir

Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu davam edir.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, namizədlər 16 yanvar saat 00:00-dək müraciət edə bilərlər.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Hər bir namizəd ən çox 2 fənn üzrə müraciət edə bilər.

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı bu linkə https://bit.ly/3eQP2cW daxil olaraq əldə edə bilərsiniz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026