• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sabahdan hava şəraiti qeyri-sabit keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

23 Sentyabr 2024 | 16:08

Sabahdan hava şəraiti qeyri-sabit keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyr-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026