• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq icra başçısı azadlığa buraxıldı

SİYASƏT

20 Dekabr 2022 | 16:01 | Müəllif: Qalib İbrahimoğlu

Sabiq icra başçısı azadlığa buraxıldı

Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev (Elkhan Nur Qubadli ) azadlığı çıxıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Elxan Nuriyev bu gün Polşanın Przemysl məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Qeyd edək ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulmuşdu. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısı Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilərək, barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılmışdı.

E.Nuriyev 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. O, 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib.

O, Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna Rektorların Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin olunub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026