• Bakı 24° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Sabirabadd ağır qəza - Ölən və xəsarət alanlar var

HADİSƏ

25 Iyun 2026 | 20:03

Sabirabadd ağır qəza - Ölən və xəsarət alanlar var

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazidə qeydə alınıb.

Belə ki, rayon sakini Bəyanət İbadovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi "Nissan" markalı avtomobil toqquşub.

Qəzada "VAZ-2107"nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev və  "Nissan"nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR