• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabirabadda 63 yaşlı kişi 1 aydır itkindir

HADİSƏ

11 Mart 2024 | 12:00

Sabirabadda 63 yaşlı kişi 1 aydır itkindir

Sabirabad rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Sabirabad rayon sakini, 1961-ci il təvəllüdlü Abbasov Afət fevral ayının əvvəlində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Abbasovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (055 289 99 62) məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026