Sabirabadda ev yanıb.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, yanğın rayonun Qaratəpə kəndində qeydə alınıb. Ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və mətbəxinin qamışdan ibarət tavanı 50 m² sahədə və qismən ev əşyaları yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















