• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Sabunçuda marketə basqın olub

HADİSƏ

19 Avqust 2024 | 13:35

Sabunçuda marketə basqın olub

Bakının Sabunçu rayonunda naməlum şəxs gecə saatlarında marketlərdən birinə daxil olaraq əvvəlcə orada satıcı işləyən şəxsə zor tətbiq edib, sonra isə 700 manat dəyərində tütün məmulatını oğurlayaraq hadisə yerindən qaçıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş N.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR