• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Döyülərək ağır xəsarət alan şəxs xəstəxanada öldü

HADİSƏ

18 Sentyabr 2024 | 09:16

Döyülərək ağır xəsarət alan şəxs xəstəxanada öldü

Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə gün öncə Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E. Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR