• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şadlıq sayarında saxta alkoqollu içkilər aşkarlandı

CƏMİYYƏT

05 Aprel 2022 | 14:47 | Müəllif: Subhan Mahmudov

Şadlıq sayarında saxta alkoqollu içkilər aşkarlandı

Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirilən monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkar olunub.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub.

Müayinələrin aparılması üçün alkoqollu içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR