Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib.
*** 10:04
Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib. Verilən məlumata görə, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.
Nazirlikdən o da bildirilib ki, portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.
















