• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sahibə Qafarova ilə erməni spiker arasında MÜBAHİSƏ

SİYASƏT

29 Mart 2022 | 14:17 | Müəllif: Subhan Mahmudov

Sahibə Qafarova ilə erməni spiker arasında MÜBAHİSƏ

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında qarşılıqlı iddialarla çıxış ediblər.

Baklıvaxtı.az-ın məlumatına görə, belə ki, Milli Məclisin sədrindən sonra çıxış edən A.Simonyan guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb. Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova isə yenidən söz azalaraq, bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil: "Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib".

MM sədri bir daha qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir: "Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

Spiker onu da vurğulayıb ki, "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. 10 noyabr tarixli bəyanat imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbi birləşmələrinin hərbi qulluqçuları Cenevrə konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır.

Sahibə Qafarova bir daha bəyan edib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və qarşı tərəfdən cavab gözləyir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026